BAKI, 18 yanvar. TELEQRAF

Braziliyanın sabiq prezidenti Jair Bolsonarunun böyük oğlu Braziliya Federal Senatının üzvü Flaviu Bolsonaro prezidentlik kampaniyasına İsrailə səfər etməklə start verməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "Brasil 247" məlumat verir.

Səfər yanvarın sonuna nəzərdə tutulub.

Bilidrilir ki, səfərin məqsədi beynəlxalq sağçı qüvvələrlə yaxınlaşmanı nümayiş etdirməkdir. İsraildən sonra siyasətçi bir sıra Avropa və Cənubi Amerika, o cümlədən Argentinaya və Çiliyə ölkələrinə səfər etməyi planlaşdırır.

Portalın məlumatına görə, senator özünü cari prezident Luiz Inasio Lula da Silvanın xarici siyasətinə tam əks mövqedə göstərmək niyyətindədir. Hazırkı prezident İsrailin Qəzza bölgəsindəki hərəkətlərini tənqid edir və ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan "Sülh Şurası"na Braziliyanın qoşulmağına qiymət verir. Flaviu Bolsonaro isə İsrailin hərəkətlərini və Vaşinqtonun region planını tam dəstəkləmək niyyətindədir.