BAKI, 18 yanvar. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Minnesota ştatına 1,5 min hərbçi göndərməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti yazır.

Pentaqon 1,5 min əsgərin Minnesotaya mümkün yerləşdirilməsinə hazırlıq göstərəcəyini bildirib.

Qeyd olunur ki, söhbət ABŞ Ordusunun Alyaska bazalı 11-ci Hava-Desant Diviziyasının iki piyada batalyonundan gedir.