BAKI, 19 yanvar. TELEQRAF

İspaniyada qatarların toqquşması nəticəsində həlak olanların sayı 39-a çatıb.

Teleqraf xəbər verir ki, bu barədə EFE məlumat yayıb.

***

03:53

İspaniyada iki sürətli qatarın toqquşaraq relsdən çıxması nəticəsində azı 21 nəfər həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə İspaniyanın Mülki Qvardiyası məlumat yayıb. Hadisə nəticəsində 100-dən çox insan xəsarət alıb, onlardan 25-nin vəziyyəti ağırdır.

00:16

İspaniyada iki yüksək sürət qatarının relsdən çıxması nəticəsində azı iki nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə "EFE" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin cənubundakı Andalusiya muxtar icmasında baş verib. Qəza yerində yanğınsöndürənlər və tibb briqadaları çalışır.

Hadisənin səbəbləri və xəsarət alanların sayı dəqiqləşdirilir.