BAKI, 19 yanvar. TELEQRAF

Xüsusi icra məmurlarının fəaliyyətinə Ədliyyə Nazirliyi nəzarət edəcək.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Xüsusi icra məmurlarının fəaliyyətinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilib.