BAKI, 19 yanvar. TELEQRAF

Azərbaycanda son iki gün ərzində polisin keçirdiyi əməliyyat zamanı 100 kiloqramdan artıq narkotik vasitə aşkar olunub.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 17-də və 18-də ümumi çəkisi 103,6 kiloqramdan artıq narkotik vasitə və 101 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.