BAKI, 18 yanvar. TELEQRAF

İran prezidenti Məsud Pezeşkian bildirib ki, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə sui-qəsd baş verərsə, bu, ölkəyə qarşı tammiqyaslı müharibə demək olacaq.

Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

“Ölkəmizin Ali Rəhbərinə sui-qəsd İran xalqına qarşı total müharibəyə bərabərdir”, - Pezeşkian qeyd edib.

Xatırladaq ki, İranın bir sıra böyük şəhərlərində narazılıqlar dekabrın 29-da riyalın kəskin dəyər itirməsi səbəbindən baş qaldırmış küçə etirazları ilə başlayıb və ölkə üzrə yayılıb.