BAKI, 19 yanvar. TELEQRAF

Türkiyə Superliqası təmsilçisi “Qalatasaray” Kolumbiya millisinin və İngiltərənin “Kristal Pelas” komandasının futbolçusu Cefferson Lermanı heyətinə qatmağa hazırlaşır.

Teleqraf “Sport Witness” nəşrinə istinadən xəbər verir ki, "sarı-qırmızılılar" 31 yaşlı yarımmüdafiəçi ilə bağlı artıq İngiltərə təmsilçisi ilə təmaslara keçib.

Cefferson Lerma uzun illərdir “Qalatasaray”ın müdafiəçisi Davinson Sançeslə birlikdə Kolumbiya millisində çıxış edir. Daha əvvəl Kuesta transferində olduğu kimi, bu keçiddə də Sançesin dəstəyindən yararlanmaq niyyətindədir.

Qeyd edək ki, mövsümün sonunda müqaviləsi başa çatacaq 31 yaşlı yarımmüdafiəçinin sözləşməsində 1 illik uzatma opsiyası mövcuddur.