CƏLİLABAD, 19 yanvar. TELEQRAF
Cəlilabad rayonunun Vənlik kəndində yerləşən körpü yağışlardan sonra yenidən qəzalı vəziyyətə düşüb.
Teleqraf-ın Cənub bürosunun xəbərinə görə, kənd sakinləri bildirib ki, ötən il güclü yağışlar nəticəsində körpü yararsız hala düşmüş, daha sonra isə müvəqqəti şəkildə bərpa edilmişdi.
Ötən gecə yağan intensiv yağışlar körpünü yenidən sıradan çıxarıb.
Hazırda Vənlik, Fərzili və Oğrubulaq kəndlərinin sakinləri körpüdən istifadə edə bilmir və bu vəziyyət onların gediş-gəlişində ciddi çətinliklər yaradıb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 46 saylı Yol İstismar MMC-dən Teleqraf-a bildirilib ki, körpüdə yenidən müvəqqəti təmir işləri aparılır.
