BAKI, 19 yanvar. TELEQRAF
"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən olan İngiltərənin "Liverpul" klubu futbolçusu Körtis Consla yollarını ayıra bilər.
Teleqraf "The Times" qəzetinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə İngiltərənin digər komandası "Tottenhem" maraqlanır.
Londondular Cons üçün qarşı tərəflə ilkin danışıqlar aparıb. Futbolçunun özü də daha çox oyun təcrübəsi qazanmaq üçün bu keçidə müsbət yanaşır.
Qeyd edək ki, Körtis Cons "Liverpul"un yetirməsidir. O, cari mövsüm ərzində 28 oyunda şans qazanıb. Körtisin klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Xatırladaq ki, "Qarabağ"la "Liverpul" arasında oyun yanvarın 28-də keçiriləcək.