BMT Təhlükəsizlik Şurası yanvarın 12-də Ukrayna mövzusunda növbəti iclasını keçirəcək.
Teleqraf xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının yenilənmiş iclas cədvəlində məlumat yer alıb.
Məlumata əsasən, “Ukraynada sülh və təhlükəsizliyin qorunması” gündəliyi ilə keçiriləcək iclas yerli vaxtla saat 15:00-da, Bakı vaxtı ilə isə 00:00-da başlayacaq.
Qeyd edək ki, son günlər BMT-də ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı yeni yanaşmalarının müəyyən impuls yaratdığı barədə fikirlər səsləndirilir.