BAKI, 5 dekabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin və Hindistan Baş naziri Narendra Modi birgə bəyannamə qəbul ediblər.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bəyannamədə siyasət, təhlükəsizlik, iqtisadiyyat, energetika və digər sahələrdə iki ölkə arasında genişmiqyaslı əməkdaşlıq planları əks olunub.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov qeyd edib ki, bu çox önəmli bəyannamədir, burada siyasət, təhlükəsizlik, iqtisadiyyat, maliyyə, nəqliyyat, energetika, təhsil və mədəniyyət sahələrində gələcək əməkdaşlıq üzrə genişmiqyaslı planlar göstərilib.