BAKI, 30 noyabr. TELEQRAF
ABŞ və Ukrayna nümayəndə heyətləri Floridada keçirilən danışıqlara iki saatlıq fasilə veriblər.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı Ukraynanın "Obşçestvennoye" nəşri yayıb.
Fasilədən sonra tərəflər Ukrayna böhranının həlli yolları üzrə danışıqları davam etdirəcəklər.
***
18:41
Ukrayna nümayəndə heyəti ABŞ-də Amerika administrasiyasının rəsmiləri ilə Ukrayna münaqişəsinin nizamlanması üzrə görüşə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov məlumat verib.
“ABŞ-də Ukrayna nümayəndə heyətinin Amerika tərəfi ilə layiqli sülhə nail olmaq üçün atılacaq addımlar barədə görüşü artıq başlayıb” - Umerov öz “Telegram” kanalında bildirib.
O, hazırda Volodimir Zelenski ilə daimi əlaqədə olduğunu vurğulayıb və danışıqları Prezidentin direktivləri, həmçinin daha əvvəl Cenevrədə ABŞ və Ukrayna nümayəndə heyətlərinin apardığı görüşlər zamanı əldə olunmuş razılaşmalar əsasında apardığını bildirib. Görüşlərin yekunları barədə Zelenskiyə ayrıca məruzə ediləcəyi qeyd olunub.
Umerov Ukrayna nümayəndə heyətinə rəhbərlik edir.