BAKI, 25 noyabr. TELEQRAF
İranın xarici işlər naziri Abbas Əraqçi bu həftə Parisə səfər edərək Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə görüşəcək.
Teleqraf xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü Əsmail Baqai məlumat verib.
Onun sözlərinə görə, səfər fransız tərəfinin dəvəti ilə həyata keçirilir və danışıqların gündəliyinə yalnız ikitərəfli münasibətlər, o cümlədən məhbusların mübadiləsi məsələsi daxildir.