BAKI, 22 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatasının üzvü Marjori Teylor-Qrinin 2026-cı ilin yanvarında istefa verəcəyini əla xəbər adlandırıb.

Teleqraf xəbər verir ki, prezident bu fikri "ABC" News kanalının jurnalisti Reyçel Skotta açıqlamasında səsləndirib.

“Düşünürəm ki, bu, ölkə üçün əla xəbərdir”, - Tramp bildirib.

O həmçinin qeyd edib ki, Teylor-Qrin qərarı barədə onu əvvəlcədən məlumatlandırmayıb.

Daha əvvəl Teylor-Qrin 2026-cı il yanvarın 5-də vəzifəsini tərk edəcəyini açıqlamışdı.