BAKI, 15 noyabr. TELEQRAF
Ukrayna münaqişəsində tərəflər hələ hərbi əməliyyatları dayandırmaq istəmir.
Teleqraf xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban bildirib.
O deyib ki, Ukraynanı sülhə yönəltmək daha asandır, çünki ölkə artıq suveren deyil və Qərbdən asılıdır:
"Zaman hələ də Rusiyanın xeyrinə işləyir. Ukrayna ilə bağlı vəziyyət daha sadədir, çünki artıq suveren ölkə deyil və Qərbdən aslıdır".
Baş nazir əlavə edib ki, qarşıdurmada olan tərəflər hələ sülh istəmir: "Tərəflər sülh istəyirmi? Cavab mənfidir".
V. Orban xatırladıb ki, keçən yay o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə iki saat görüşüb: "Qonşu dost ölkənin lideri kimi ona göstərməyə çalışdım ki, zaman onların tərəfində deyil. Müharibə nə qədər uzun çəkirsə, bir o qədər çox itirirlər".
O vurğulayıb ki, həmin görüşdə Zelenskini onun mövqeyinin zəif olduğu barədə inandıra bilməyib.