BAKI, 12 noyabr. TELEQRAF
Türkiyədə səfərdə olan Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rustem Umerov xarici işlər naziri Hakan Fidanla görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Fidan və Umerovun müzakirə etdiyi mövzular açıqlanmayıb.
Umerov Türkiyəyə səfəri çərçivəsində bu ölkənin milli müdafiə naziri Yaşar Güler, Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalın və Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç ilə görüşüb. Görüşlərdə Rusiya ilə əsir mübadiləsi, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.