BAKI, 12 mart. TELEQRAF

BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqlə bağlı qəbul etdiyi qətnamə ABŞ və İsraili yeni cinayətlərə təşviq edir.

Teleqraf xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani bildirib.

Bildirilib ki, iranlı diplomat BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sənədi tənqid edərək onun regiondakı vəziyyətə mənfi təsir göstərə biləcəyini vurğulayıb.

İran nümayəndəsinin sözlərinə görə, qətnamə ABŞ və İsrailin regiondakı fəaliyyətlərini faktiki olaraq təşviq edir və yeni qanunsuz addımlar üçün zəmin yaradır.