BAKI, 12 mart. TELEQRAF
İtaliyanın İraqın Ərbil şəhərindəki hərbi bazasına raket zərbəsi endirilib.
Teleqraf xəbər verir ki, bu barədə İtaliya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ərbildəki bazamıza raket zərbəsi endirilib. Şəxsi heyət arasında itki və ya xəsarət alan yoxdur. Hamısı yaxşıdır”, - nazirlik bildirib.
Müdafiə naziri Quido Krozetto hadisədən sonra komandirlərlə müzakirələr aparıb.
Qeyd edək ki, hazırda İtaliyanın İraqın şimalında 300 hərbçisi var. İtalyanlar bölgədə kürd hərbi qüvvələrinə təlimlərdə iştirak edirlər.