BAKI, 12 mart. TELEQRAF
“Azərbaycan Dəmir Yolları” (ADY) sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
Teleqraf xəbər verir ki, martın 18-də hər iki istiqamət üzrə əlavə səfərlər təşkil olunacaq.
Qeyd olunub ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Xatırladaq ki, bu istiqamət üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik qatar səfərləri həyata keçirilir.