BAKI, 12 mart. TELEQRAF
“Rusiyada Ermənistanda keçiriləcək parlament seçkilərinə müdaxilə üçün 100 milyon dollardan çox vəsait ayrılıb”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Harutyun Mkrtçyan deyib.
“Qoy Rusiyadan gəlsinlər, amma seçki kabinəsinə daxil olanda düzgün seçim etsinlər. Ermənistan üçün itilədikləri bıçaq özlərinə dəyəcək. Ermənistan yetim başı deyil ki, haradansa vilayətdən çıxıb gəlsinlər və onu qırxmaq istəsinlər, bu, dövlətdir”, - o bildirib.
Ermənistanın daxili məsələləri ilə bağlı Rusiyadan səslənən etirazlara toxunan Mkrtçyan qeyd edib:
“Sergey Lavrov o zaman danışmalı idi ki, Robert Köçəryan və Serj Sərkistan insanların meyitləri üzərindən hakimiyyətə gəlirdilər. Köçəryan “JEK”də işlədiyi vaxtdan tutmuş hakimiyyətdə olduğu son günə qədər hamını aldadıb. İndi də düşünür ki, hamını bir yerə yığacaq və onu baş nazir edəcəklər, amma arzusu ürəyində qalacaq”.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.