BAKI, 12 mart. TELEQRAF
İraqın cənubunda tankerlərə endirilən zərbələr nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Teleqraf xəbər verir ki, bu barədə "Shafaq News" portalı məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan şəxslər var, lakin onların dəqiq sayı və vətəndaşlığı hələlik açıqlanmayıb.
Bildirilir ki, hadisə ilə bağlı məlumatlar dəqiqləşdirilir və xəbər yenilənəcək.