BAKI, 12 mart. TELEQRAF
ABŞ İrana qarşı hərbi əməliyyatların ilk altı günü ərzində 11,3 milyard dollardan çox vəsait xərcləyib.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" Pentaqonun ABŞ Konqresinə təqdim etdiyi məlumatlara istinadən yazıb.
Məlumata görə, müharibənin ilk günlərində xərclər 11,3 milyard dolları (təxminən 895 milyard rubl) keçib. Qeyd olunub ki, bütün xərclər hələ tam hesablanmadığı üçün bu məbləğin daha da artacağı gözlənilir.
Nəşrin yazdığına görə, hesablamalara əməliyyatla bağlı bəzi xərclər, o cümlədən ilk zərbələrdən əvvəl hərbi texnikanın artırılması və şəxsi heyətin gücləndirilməsi kimi məsrəflər daxil edilməyib.
Bundan əvvəl “Washington Post” qəzeti yazmışdı ki, ABŞ İranla münaqişənin ilk iki günü ərzində yalnız sursat üçün 5,6 milyard dollar xərcləyib.