BAKI, 12 mart. TELEQRAF

2023-cü ildə xarici haker ABŞ Federal Təhqiqat Bürosunun maliyyəçi Ceffri Epşteynlə bağlı araşdırma materiallarına çıxış əldə edib və gördüklərini açıqlamaqla hədələyib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" ABŞ Ədliyyə Nazirliyinin sənədlərinə və mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, haker təsadüfən hüquq-mühafizə orqanlarına məxsus serverə daxil olub və ehtimal ki, bunun Federal Təhqiqat Bürosuna aid olduğunu əvvəlcə anlamayıb.

Bildirilir ki, o, cihazda uşaq pornoqrafiyası görüntülərinin olmasına etiraz edib və server sahibini Federal Təhqiqat Bürosuna şikayət edəcəyi ilə bağlı mesaj qoyub.

Buna cavab olaraq büro əməkdaşları onunla videozəng vasitəsilə əlaqə saxlayaraq öz xidməti vəsiqələrini göstərib və Federal Təhqiqat Bürosunun əməkdaşları olduqlarını bildiriblər.

Hakerin kim olduğu, hansı ölkədən fəaliyyət göstərdiyi, əldə etdiyi məlumatlarla nə etdiyi və serverin sındırılmasına görə onun kimliyinin müəyyənləşdirilməsi və ya cəzalandırılması üçün hansı addımların atıldığı barədə məlumat verilməyib.

Bundan əvvəl hüquq-mühafizə orqanları fevral ayında ABŞ-dəkı keçmiş Böyük Britaniya səfiri Piter Mendelsonu Epşteynlə əlaqələr işi üzrə saxlamışdı.

“The Telegraph” qəzeti isə yazmışdı ki, Ceffri Epşteyn hüquq-mühafizə orqanlarından gizlətmək üçün fotoşəkilləri və kompüterləri altı müxtəlif anbarda saxlayıb.