BAKI, 12 mart. TELEQRAF
Hökumətin bu gün keçirilən iclasında Ermənistanla Avropa Komissiyası arasında “Çoxsektorlu büdcə dəstəyi Sazişi”nin maliyyələşdirilməsi barədə razılaşmanı təsdiqləyib.
Teleqraf xəbər verir ki, əsaslandırmada Avropa Komissiyasının 2025-ci ilin iyulunda 2025-2027 maliyyə illəri üçün “Dayanıqlılıq və Böyümə Planı” çərçivəsində Aİ-nin Ermənistana maliyyə yardımı üçün çoxillik fəaliyyət planını təsdiqlədiyi bildirilir.
Planın ümumi dəyəri 143 milyon avrodur və iki komponentdən ibarətdir: büdcə dəstəyi və texniki yardım, müvafiq olaraq 90 milyon avro və 53 milyon avro.
İndi 90 milyon avro dəyərində büdcə dəstəyi və 53 milyon avro dəyərində texniki yardım komponentlərindən ibarət olan “Çoxsektorlu büdcə dəstəyi Sazişi”nin maliyyələşdirilməsi barədə razılaşmanın imzalanması planlaşdırılır.
Layihə Ermənistana 90 milyon avro büdcə dəstəyi və 53 milyon avro texniki yardımı nəzərdə tutur.
Büdcə dəstəyi çərçivəsində Ermənistan biometrik identifikasiya sisteminin tətbiqi, universal tibbi sığorta və Qarabağ erməniləri üçün mənzil proqramının davam etdirilməsi də daxil olmaqla 34 tədbir həyata keçirməyi öhdəsinə götürüb.