BAKI, 12 mart. TELEQRAF

İranın İslam İnqilabı Keşikçiləri Korpusu Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra əmirliyində yerləşən neft yatağına və Şarca əmirliyindəki sənaye zonasına zərbələr endirdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə İran dövlət televiziyası SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, son hücumların əsas hədəfləri Fuceyradakı neft yatağı, Şarcadakı sənaye zonası, həmçinin Küveytdə yerləşən ABŞ hərbi bazasındakı obyektlər olub.

SEPAH iddia edib ki, hücumlar zamanı göstərilən obyektlərə birbaşa zərbələr endirilib və nəticədə dağıntılar qeydə alınıb.