BAKI, 12 mart. TELEQRAF
İraqın Suriya ilə sərhədi yaxınlığında yerləşən mövqelərə endirilən hava zərbəsi nəticəsində şiə milis qüvvələrinin 10 üzvü həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Məlumata görə, zərbə İraqın Suriya ilə sərhədi yaxınlığında yerləşən Əl-Qaim şəhəri yaxınlığında “Əl-Haşd əş-Şaabi” qüvvələrinin qərargahına endirilib. Hücum nəticəsində milis dəstələrinin 10 üzvü həyatını itirib, bir neçə nəfər isə yaralanıb.
Bundan əvvəl hücum nəticəsində üç milis üzvünün öldüyü barədə məlumat verilmişdi.