BAKI, 12 mart. TELEQRAF
Moskvada MDB baş katibi Sergey Lebedevlə Türkmənistanın Rusiyadakı səfiri Yesen Aydoğdıyev arasında rəsmi görüş keçirilib.
Teleqraf xəbər verir ki, tərəflər MDB çərçivəsində çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərini, Xarici İşlər Nazirləri Şurasının iclasına hazırlıqları və Türkmənistanın təşkilata sədrliyinin əsas aspektlərini müzakirə ediblər.
Aşqabadın MDB ölkələri arasında inteqrasiya və konstruktiv dialoqun möhkəmləndirilməsinə mühüm töhfəsi qeyd olunub.