BAKI, 12 mart. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstan Baş naziri Viktor Orbanı Rusiya Prezidenti Vladimir Putinlə müqayisə edib.
Teleqraf xəbər verir ki, bu barədə o, “Politico”ya müsahibəsində danışıb.
Zelenski bildirib ki, Orban müharibənin vvəlindən Rusiyaya qarşı bütün sanksiyaları bloklayır, həmçinin silahların Macarıstan ərazisindən tranzitinə və Ukraynaya hərbi yardıma mane olur:
“O, maliyyəni bloklayır, silahları bloklayır, Avropa İttifaqına gedən yolumuzu, həyat yolumuzu bloklayır. Həmçinin rus narrativlərini təbliğ edir”.
“Orban Putinin müttəfiqidirmi” sualına Zelenski belə cavab verib:
“Bəli, əlbəttə. O, Rusiya liderinin tərəfində dayanır. Eyni şeyi edir - Ukrayna üçün hər şeyi bloklayır. Bu gün etmədiyi yeganə şey ərazilərimizi raket və ya dronlarla vurmaq, yaxud əsgərlərini göndərməkdir”.