BAKI, 12 mart. TELEQRAF

Dünya bazarında Brent markalı neftin bir barelinin qiyməti 100 dollardan yuxarı qalxıb.

Teleqraf xəbər verir ki, bu barədə birja ticarətinin məlumatları göstərir.

Məlumata görə, Bakı vaxtı ilə saat 07:27-yə olan vəziyyətə əsasən, Brent markalı neftin may fyuçerslərinin qiyməti əvvəlki bağlanış göstəricisi ilə müqayisədə 9,77% artaraq bir barel üçün 100,97 dollara çatıb.