BAKI, 12 mart. TELEQRAF
Beyrut sahilində İsrailə məxsus pilotsuz uçuş aparatı “Hizbullah” hərəkatına aid avtomobili hədəfə alıb.
Teleqraf xəbər verir ki, bu barədə "Al Jadeed" telekanalı məlumat yayıb.
Məlumata görə, hücum Beyrutun sahilyanı hissəsində baş verib və zərbə nəticəsində beş nəfər həlak olub.
Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.