BAKI, 12 mart. TELEQRAF

ABŞ-nin Planet Labs və Vantor şirkətləri Yaxın Şərqlə bağlı peyk görüntülərinə çıxışı məhdudlaşdırdıqlarını açıqlayıblar.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Məlumata görə, qərar ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyat fonunda qəbul edilib. Şirkətlər bu addımı görüntülərin ABŞ və onun müttəfiqlərinə qarşı mümkün hücumlarda istifadə olunmasının qarşısını almaq istəyi ilə izah ediblər.

Planet Labs və Vantor ABŞ-də peyk müşahidə sistemlərinin aparıcı operatorları hesab olunur və federal hökumət qurumları üçün sifarişlər yerinə yetirirlər. Şirkətlər bildiriblər ki, peyk görüntülərinə çıxışın məhdudlaşdırılması ilə bağlı Vaşinqton administrasiyasından heç bir göstəriş almayıblar.