BAKI, 12 mart. TELEQRAF

İranın yeni Ali rəhbəri Müctəba Xameneinin ABŞ və İsrailin ölkəyə hava hücumu zamanı yaralandığı rəsmən təsdiqlənib.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.

“O, yaralanıb, amma özünü yaxşı hiss edir. İlk çıxışını nə vaxt edəcəyini bilmirəm. Üç-dörd nəfər yeni ali rəhbər vəzifəsi uğrunda mübarizə aparırdı, amma Ekspertlər Şurasının əksəriyyəti onu seçdi”, - o, İtaliyanın “Corriere della Sera” qəzetinə verdiyi müsahibədə bildirib.

Xatırladaq ki, bundan əvvəl KİV-də İranın yeni ali rəhbərinin müharibənin əvvəlində ağır yaralandığı barədə məlumat yayılmışdı.