BAKI, 12 mart. TELEQRAF
Argentinanın "Boka Xuniors" klubu ev oyunlarını keçirdiyi "Bombonera" stadionunda tutumun artırılması istiqamətində genişmiqyaslı layihə elan edib.
Teleqraf xəbər verir ki, bu barədə yerli AP agentliyi məlumat yayıb.
İşlərin dəyəri 50-60 milyon dollar məbləğində qiymətləndirilir. Layihə çərçivəsində stadionun tutumu 57 mindən 80 min tamaşaya qədər artırılacaq. İnşaat işlərinə 2026-cı ilin dünya çempionatı zamanı başlanılacaq və bərpa prosesi ən azı iki il davam edəcək.
Qeyd edək ki, "Boka Xuniors"un əzəli rəqibi "River Pleyt" də iki ay öncə öz stadionunun tutumunu 100 min nəfərə çatdıracağını və arenanın üzərinin örtüləcəyini açıqlamışdı. Bu addımlar Argentinanın Paraqvay, Uruqvay, İspaniya, Portuqaliya və Mərakeşlə birlikdə ev sahibliyi edəcəyi DÇ-2030-un hazırlıqları çərçivəsində atılır.