BAKI, 12 mart. TELEQRAF

İranın paytaxtı Tehran yaxınlığında yerləşən sənaye zonası havadan kütləvi bombardmana məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Məlumata görə, paytaxtın cənubunda yerləşən Rabat-Kərim sənaye zonası ABŞ və İsrail tərəfindən həyata keçirilən yeni genişmiqyaslı hava zərbələri ilə hədəfə alınıb.

Hadisə nəticəsində dəyən maddi zərər və ya xəsarət alanlar barədə hələlik məlumat verilməyib.