BAKI, 7 noyabr. TELEQRAF

BMT Təhlükəsizlik Şurası Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şəraa və daxili işlər naziri Anas Xattaba tətbiq olunan sanksiyaları ləğv edib.

Teleqraf xarici KİV-lərə istinadən xəbər verir ki, sənəd ABŞ tərəfindən hazırlanıb.

Onun lehinə 15 üzvdən 14-ü, o cümlədən, Rusiya səs verib. Çin isə səsvermədə bitərəf qalıb.

Qəbul edilən qətnamə ilə BMT-nin sanksiya siyahısından hər iki Suriya rəsmisinin adları çıxarılıb. Bu qərar Suriyada keçid dövründə beynəlxalq əlaqələrin bərpasına yönəlmiş addım kimi qiymətləndirilir.