BAKI, 10 oktyabr. TELEQRAF

ABŞ prezidenti Donald Tramp ölkənin keçmiş lideri Barak Obamanın Nobel Sülh Mükafatını ədalətsiz şəkildə əldə etdiyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu fikri Finlandiyanın prezidenti Aleksandr Stubb ilə Ağ Evdə keçirilən görüş zamanı səsləndirib.

“Obama heç nə etmədən bu mükafatı aldı. Onun dövründə ölkə məhvə gedirdi. Ən pis prezident Baydendir. Amma Obamanın da Nobel mükafatı alması tamamilə əsassız idi”, – Tramp qeyd edib.

Tramp həmçinin özünün Nobel Sülh Mükafatına layiq olduğunu söyləyib.

“Tarixdə heç kim doqquz ayda səkkiz müharibəni dayandırmayıb. Mən dayandırdım, amma bunu mükafat üçün etmədim”, - o vurğulayıb.