BAKI, 6 oktyabr. TELEQRAF

Almaniya kansleri Fridrix Merts ölkə səmasında müşahidə olunan dronları "ciddi təhdid" adlandırıb.

Teleqraf xəbər verir ki, o, bu barədə ARD telekanalına danışıb.

F.Merts qeyd edib ki, dronlar silah daşımayıb, yalnız kəşfiyyat və əhali arasında qorxu yaratmaq məqsədi daşıyır.

“Bu, casusluq cəhdləridir və biz bununla bağlı tədbir görəcəyik, lakin ehtiyatlı və uzaqgörən şəkildə”, – Merts əlavə edib.