BAKI, 18 sentyabr. TELEQRAF

Rusiya hava hücumundan müdafiə (HHM) qüvvələri gecə ərzində Ukraynaya məxsus 43 pilotsuz uçuş aparatını (PUA) məhv edib və ələ keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Nazirlikdən verilən məlumata görə, PUA-lar Rostov, Volqoqrad, Belqorod, Kursk vilayətləri və Krım Respublikası (işğal edilmiş Ukrayna ərazisi - red.) üzərində məhv edilib.