BAKI, 4 sentyabr. TELEQRAF

Qazaxıstan xarici işlər naziri Murat Nurtleunun saxlanılması barədə məlumat yalandır.

Teleqarf xəbər verir ki, bu barədə “KazTag” rəsmi mənbələrə istinadla məlumat yayıb.

“Nurtleunun saxlanması ilə bağlı məlumat doğru deyil, saxtadır”, - Qazaxıstan hökumətindən sayta bildirilib.

Qazaxıstan Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi də xarici işlər nazirinin saxlanılması barədə KİV-də yayılmış məlumatı təkzib edib. Eyni iddia ölkənin Xarici İşlər Nazirliyi tərəfindən də yalanlanıb.

***

13:29

Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Orda.kz məlumat yayıb.

Məlumata görə, nazirlə yanaşı biznesmen Hacı Hacıyev və Milli Təhlükəsizlik Komitəsinin bir neçə yüksək vəzifəli məmuru tutulub.

Nurtleu Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən qayıtdıqdan 1 gün sonra evində ələ keçirilib. Həm nazirin, həm də iş adamının evində axtarışlar aparılıb.