BAKI, 25 avqust. TELEQRAF

“Rusiya lideri Vladimir Putin Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə görüşməsə, Rusiya çox ciddi nəticələrlə üzləşəcək”.

Teleqraf xəbər verir ki, bu sözləri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən Amerika lideri Donald Tramp deyib.

ABŞ Prezidenti bildirib: "Bəli, çox ciddi nəticələr ola bilər, amma nə baş verəcəyini görəcəyik. Bu münaqişəyə son ​​qoyulmalıdır".