“Bütün müttəfiqlər Rusiyanın Xarkov vilayətinin Kupyansk şəhərini ələ keçirməsi iddiasının yalan olduğunu yaxşı bilirlər”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Prezidentin sözlərinə görə, beynəlxalq tərəfdaşlar onun Kupyanskdan etdiyi müraciəti görüb və başa düşüblər ki, Rusiya lideri Vladimir Putin yalan danışır, bu, danışıqlara təsir edib.
“Bu, həm amerikalılar, həm də avropalılara çox təsir göstərib. Bunu, əsgərlərimizi - Kupyanskı qoruyanları yüksək qiymətləndirdilər. Mənim şəxsən orada olmağım isə bir daha sübut etdi ki, Putin “yeni ərazilər işğal etməsi” barədə yeni yalanlar danışır. Bu, mənim amerikalılarla apardığım danışıqlara təsir edib. Avropalılarla danışıqlara da çox təsir göstərib”, - Zelenski vurğulayıb.