BAKI, 18 dekabr. TELEQRAF
Xəbər verdiyimiz kimi, Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları təltif ediliblər.
Teleqraf-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Təltif edilənlər arasında sözügedən universitetin rektoru Gülçöhrə Məmmədova da var.
O, “Şərəf” ordeni ilə təltif olunub.