BAKI, 18 dekabr. TELEQRAF
Gürcüstan hökumətinin qərarına əsasən, “Gürcüstan Dəmir Yolları” Azərbaycandan yanacağı Ermənistana birdəfəlik və pulsuz olaraq daşıyacaq.
Teleqraf xəbər verir ki, Tbilisi pulsuz daşınma barədə dekabrın 8-də məlumat verib və qərarın sərəncamı isə bu gün dərc olunub.
Sərəncama görə, birdəfəlik pulsuz daşımaya 2600 ton dizel yanacağı daxildir.
Hazırda Azərbaycan və Ermənistanı birləşdirən dəmir yolu işləmədiyindən iki ölkə arasında yükdaşımaları Gürcüstan vasitəsilə həyata keçirilir.