BAKI, 18 dekabr. TELEQRAF

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları ilə bağlı təsvirlərdə dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərman Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri” sənədinə dəyişiklikləri nəzərdə tutur.

Sənədə əsasən, təsvirlərə yeni 5.7-1-ci bənd əlavə olunub. Həmin bənddə Çevik Hərəkət Qüvvələri hərbi hissəsinin döyüş bayrağında aşağıdakı yazının əks olunması müəyyən edilib:

“Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvələri 0000 (hərbi hissənin nömrəsi) saylı hərbi hissə”.

Bundan əlavə, sənədə 8-1 nömrəli şəkil də əlavə edilib.