BAKI, 18 dekabr. TELEQRAF

Ermənistan Baş naziri Azərbaycan və Türkiyə ilə dəmir yolunun bərpası məsələsindən danışıb.

Teleqraf xəbər verir ki, o, bu barədə Ermənistan hökumətinin iclasından sonra keçirdiyi brifinqdə bildirib.

“Rusiyalı tərəfdaşlarımızdan xahiş etmişəm ki, Yerasxdan Naxçıvan sərhədinədək və Axurik hissəsindən Türkiyə sərhədinədək dəmir yolunun tam bərpası ilə təcili məşğul olsunlar. Düşünürəm ki, yaxın vaxtlarda İcevan-Qazax istiqaməti ilə bağlı məsələni də qaldıracağam, çünki onun da mümkün qədər tez bərpası imkanı var. Ümid edirəm ki, rusiyalı tərəfdaşlarımız bu xahişi maksimal sürətlə reallaşdıracaqlar”, - o qeyd edib.