BAKI, 23 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın sülh səyləri uğursuz olarsa, Ukrayna hərbi məğlubiyyətlə üzləşə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Daily Telegraph” nəşrində dərc olunmuş məqalədə deyilir.
Müəllifin sözlərinə görə, münaqişənin sülh yolu ilə nizamlanması perspektivləri azaldıqca, döyüş meydanındakı vəziyyət Ukrayna üçün getdikcə daha problemli xarakter alır.
O qeyd edib ki, Kiyevin iki zəif nöqtəsi var.
"Birincisi, canlı qüvvə baxımından kəskin çatışmazlıqdır. İkinci problem isə Ukrayna Silahlı Qüvvələrinin komanda strukturuna qarşı artan daxili narazılıqla bağlıdır. Trampın sülh planı çat verir. Rusiya bundan qiymətli vaxt qazanır. Ukrayna üçün isə bu, fəlakətlə nəticələnə bilər", - müəllif qeyd edib.