BAKI, 16 avqust. TELEQRAF

Döyüş əməliyyatlarının yenidən başlanmasını istisna edən möhkəm sülhə nail olmaq lazımdır.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Tramp və Aİ liderləri ilə məsləhətləşmələrdən sonra öz Teleqram kanalında yazıb.

O həmçinin avropalı tərəfdaşlarla nizamlanmanın əsas məsələləri üzrə mövqeləri dəqiqləşdirdiyini bildirib.

Dövlət başçısı quruda və havada dərhal atəşkəs elan edilməsini, eləcə də hərbi əsirlərin və mülki şəxslərin azad olunmasını vacib sayıb.

"Əgər Rusiya Ukraynanın iştirakı ilə üçtərəfli danışıqlardan yayınarsa, ona qarşı sanksiyalar sərtləşdiriləcək", - deyə Zelenski bildirib.

O vurğulayıb ki, ərazi məsələləri Kiyevsiz həll olunmur, məhdudlaşdırıcı tədbirlər isə təhlükəsizliyin təsirli aləti olaraq qalır.