BAKI, 13 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında danışıq olacaq.

Teleqraf xəbər verir ki, bu barədə “ABC News” mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, danışıq avqustun 13-də ABŞ liderinin Rusiya Prezidenti Vladimir Putinlə görüşündən iki gün əvvəl baş tutacaq.

Zelenski ilə onlayn danışıqlarda həmçinin ABŞ-nin vitse-prezidenti Devid Vens və bəzi Avropa liderləri də iştirak edəcəklər.