BAKI, 29 iyul. TELEQRAF

Rusiya və ABŞ arasında münasibətlərin yaxşılaşması Pekin tərəfindən müsbət qarşılanacaq.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Çin tərəfi vurğulayıb ki, Rusiya-ABŞ dialoqunun gücləndirilməsi beynəlxalq təhlükəsizliyi möhkəmləndirəcək və dünya ölkələri üçün faydalı olacaq.

"Buna görə də Çin, bu prosesə dəstək verməyə hazırdır. Rusiya-ABŞ dialoqunu dəstəkləyirik",- məlumatda deyilir.