BAKI, 24 iyul. TELEQRAF

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk yaxın vaxtlarda Azərbaycana səfər etməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

Overçuk bildirib ki, hazırda Bakıdan bu istiqamətdə heç bir dəvət daxil olmayıb.

"Yaxın vaxtlar üçün belə bir dəvət yoxdur",- o qeyd edib.

Xatırladaq ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Azərbaycana səfəri iyunun sonuna planlaşdırılırdı. Yekaterinburq hadisələri səbəbindən səfər təxirə salındı.